Dünya çempionatı Bakıda
Bu gün Almaniyanın Frankfurt şəhərində keçirilən bədii gimnastika üzrə 42-ci dünya çempionatının bağlanış mərasimi baş tutub.
Sportify.az xəbər verir ki, mərasimdə mundialın bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə dünya çempionatının növbəti ev sahibinə – Azərbaycan nümayəndə heyətinə təqdim olunub.
Bayrağın təqdim olunması ilə bədii gimnastika üzrə 43-cü Dünya çempionatının 15 – 19 sentyabr 2027-ci ildə Azərbaycanda keçiriləcəyi ilə bağlı simvolik mərasim baş tutub.
Həm builki, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq 43-cü dünya çempionatı Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Bakıda keçiriləcək Dünya çempionatında fərdi və qrup hərəkətləri proqramında daha çox gimnastın lisenziya qazanma şansı olacaq, ona görə bu mundial gimnastların 2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarına vəsiqə qazanması baxımından daha vacib mərhələlərdən biridir.



No Comment! Be the first one.