Dünya çempionatı: Güləşçimiz finalda erməni rəqiblə qarşılaşacaq
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.
Sportify.az xəbər verir ki, yunan-Roma güləşçimiz Nihat Məmmədli 63 kq çəki dərəcəsində yarımfinal görüşünə çıxıb. İdmançı rusiyalı Sergey Yemelinə qalib gələrək finala yüksəlib.
Nihat qızıl medal uğrunda dueldə ermənistanlı Karen Aslanyanla qarşılaşacaq.



No Comment! Be the first one.