Dünya çempionatı: Millimizin təqvimi və heyəti açıqlandı
Oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportify.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək.
Oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə Hövsan Yarış Kompleksinin 10A meydançasında qarşılaşacaq.
Oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.
Millimizin turnirdə iştirak edəcək futbolçularının siyahısı ilə aşağıda tanış ola bilərsiniz.
| № | Ad, Soyad | Klub |
| 1 | Oqtay Mehrəliyev | Qarabağ FK |
| 2 | Məhəmməd Ağamaliyev | Qarabağ FK |
| 3 | Emil Quliyev | Neftçi PFK |
| 4 | Əkbər Nağıyev | Neftçi PFK |
| 5 | Kənan Əzimov | Neftçi PFK |
| 6 | Qafar Babayev | Neftçi PFK |
| 7 | Said Bayramov | Neftçi PFK |
| 8 | Sübhan Əlizadə | Neftçi PFK |
| 9 | Həsən Məhmədov | Sabah FK |
| 10 | Həsən Ramazanov | Sabah FK |
| 11 | Murad Məmmədzadə | Sabah FK |
| 12 | Asif Allahverdizadə | Ulduz FA |
| 13 | Müşfiq Zamanov | Ulduz FA |
| 14 | Yusif Əlizadə | Ulduz FA |



No Comment! Be the first one.