Dünya çempionatında 7-ci medal - YENİLƏNDİ
Bakıda keçirilən dünya çempionatında 100 kq-dan yuxarı çəki dərəcəsində Azərbaycan cüdoçusu Uşangi Kokauri final görüşünə çıxıb.
Sportify.az xəbər verir ki, rəqib Rusiya təmsilçisi İnal Tasoyev olub.
Qarşılaşmadan qalib ayrılan Tasoyev üçqat dünya çempionu olub.
Kokauri isə 2018-ci il Bakı mundialında olduğu kimi, yenə gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan millisi dünya çempionatında fərdi mübarizəni 1 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub. Daha əvvəl Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.
———————————–
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisi 6-cı medalını rəsmiləşdirib.
Sportify.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində 3-cü yer uğrunda görüşdə təşkilatçı ölkənin iki təmsilçisi – Kənan Nəsibov və Camal Qamzatxanov üz-üzə gəlib.
Qarşılaşmadan qalib ayrılan Nəsibov bürünc medala sahib olub.

Qeyd edək ki, final görüşündə 100 kq-dan yuxarı çəkidə Azərbaycanın üçüncü təmsilçisi Uşangi Kokauri Rusiya cüdoçusu İnal Tasoyevlə üz-üzə gələcək.



No Comment! Be the first one.