Dünya çempionatında daha bir medal
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova ABŞ-nin Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.
Sportify.az xəbər verir ki, Qurbanova 59 kq çəki dərəcəsində final görüşündə ukraynalı Alina Filipoviçə uduzub.
Qarşılaşma 4:4 hesabı ilə yekunlaşsa da, qələbəni sonuncu xal prinsipinə əsasən Filipoviç qazanıb.
Beləliklə, Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 3-ə çatıb. Daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal əldə edib.



No Comment! Be the first one.