Duran "Seltik"də daha bir qol vurdu - VİDEO
“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran Şotlandiya “Seltik”inin heyətində yenidən fərqlənib.
Sportify.az xəbər verir ki, kolumbiyalı hücumçu Premyerşipdə V turun “Aberdin”lə ev oyununda qol və məhsuldar ötürmə müəllifi olub.
14-cü dəqiqədə hesabı açan 24 yaşlı hücumçu 45+1-ci dəqiqədə məhsuldar ötürmə müəllifi olub. O, 75-ci dəqiqədə əvəzlənib.
Beləliklə, 3:0 hesablı qələbə qazanan “Seltik” 4 oyundan 12 xalla liderdir. “Aberdin” isə 3 xalla 10-cudur.
Qeyd edək ki, Kamilo Duran “Seltik”ə iyulun 10-da transfer olunub. O, yeni klubunda indiyədək ümumilikdə 7 oyuna 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
👀🇲🇽 GOL de Camilo Durán con #Celtic en Escocia (no importa cuándo leas esto)
✌🏻 Anotación número tres para el delantero colombiano con el equipo al que llegó en este mercado de pases pic.twitter.com/SRyfFREyC5
— DIEGOL (@diegoooool__) September 2, 2026



No Comment! Be the first one.