Əli Baxışov yarımfinalda
Azərbaycanın daha bir boksçusu Serbiyanın Loznitsa şəhərində keçirilən U19 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Sportify.az xəbər verir ki, Əli Baxışov (60 kq) Kristian Haraşiki 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və özü üçün azı bürünc medalı təmin edib. Boksçumuz avqustun 20-də final uğrunda Furkan Avarla qarşılaşacaq.
Qeyd edək ki, Banuçiçək Nəsirli (48 kq) də yarımfinala vəsiqə qazanıb. Boksçumuz avqustun 20-də Ellen Coysla final uğrunda döyüşəcək.



No Comment! Be the first one.