“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında sona qədər mübarizə apardıq.”
Sportify.az Milli Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak etmiş taekvondo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Elnur Amanov Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində deyib.
Baş məşqçi qeyd edib ki, Kazımlı finala qədər gərgin mübarizə aparıb: “Finala qədər afrikalı idmançılar Adil üçün əsas rəqiblərdən sayılırdı. Finalda İordaniya idmançısı ilə görüş həlledici oldu. Qızıl medalın bir addımlığında təşəbbüsü əldən verdi. Amma qazandığımız gümüş medal da yüksək nəticədir. Hesab edirəm ki, gələcəkdə daha yaxşı nailiyyətlər əldə edəcəyik”.



No Comment! Be the first one.