Elvin Camalov: "Qəbələ"yə qayıtmaq mənim üçün xüsusi hissdir - VİDEO
“Qəbələ”yə qayıtmaq mənim üçün xüsusi hissdir. Çünki bura doğma mühitdir, burada olmaq mənə yad deyil.
Sportify.az xəbər verir ki, bu sözləri yenidən “Qəbələ”yə qayıdan Elvin Camalov klubun rəsmi saytına açıqlamasında deyib.
İki illik müqaviləyə imza atan Camalov çox gözəl hisslər keçirdiyini bildirib: “Keçmişə çox böyük hörmətim var. Qəbələnin həyatımda və yetişməyimdə xüsusi yeri var. Bura qayıtmağı özümə borc bildim. Azarkeşlər və buradakı futbol mühiti mənə yad deyil. Həmişə onların dəstəyini hiss etmişəm. Hazırda “Qəbələ”nin heyətində gənc futbolçular var. Həmin vaxt bu gənclər akademiyada oynayırdılar. İndi bura gəlib onları görəndə qürur hissi keçirdim. Akademiyanın yetişdirdiyi bu uşaqlar indi mənimlə çiyin-çiyinə mübarizə aparacaqlar.Ümid edir və inanıram ki, öz təcrübəmlə onlara da kömək olacağam. “Qəbələ”nin adına meydanda vuruşub, mübarizə apararaq yaxşı nəticələr və uğurlar qazanacağıq”.
Qeyd edək ki, “Qəbələ”də 4 nömrəli formanı geyinəcək Elvin Camalov daha əvvəl 2013 – 2019-cü illərdə də bu komandada oynayıb.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.