“Qarabağ” futbolçusu Elvin Cəfərquliyevin MRT müayinəsinin nəticəsi bəlli olub.
Klubdan Sportify.az-a bildirilib ki, müayinənin nəticələrinə əsasən, futbolçunun sağlamlığında hər hansı problem aşkarlanmayıb.
Elvin Cəfərquliyev hazırda komanda ilə məşqlərini davam etdirir.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi “Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev” ilə ilk oyununun 75-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Bundan sonra futbolçunun vəziyyətinin dəqiq müəyyənləşdirilməsi üçün MRT müayinəsi aparılıb.


No Comment! Be the first one.