Emin Mahmudov: Bizə yaxşı oyun yox, qələbə lazımdır
“Sabah vacib oyun olacaq. Mütləq qalib gəlmək lazımdır. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik. Baş məşqçimizin də tapşırıqlarını yerinə yetirərək, bu vəzifənin öhdəsindən gəlməliyik”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Litxtenşteyn yığması ilə keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli yarımmüdafiəçinin sözlərinə görə, komandada gərginlik yox, məsuliyyət var: “Hamı məsuliyyətini başa düşür ki, qalib gəlməliyik. Əvvəlki rəqiblərlə, məsələn, Ukrayna və ya Fransa ilə görüşdə bizdən qələbə yox, yaxşı oyun gözləyirdilər. Burada isə yaxşı oyundan çox mütləq qələbə qazanmalıyıq”.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Lixtenşteyn matçı saat 20:00-da başlanacaq.



No Comment! Be the first one.