“Fənərbağça” “Qalatasaray” derbisindəki insidentlə bağlı sərt açıqlama yayıb
Türkiyənin “Fənərbağça” klubunun mətbuat xidməti “Qalatasaray”la keçirilən İstanbul derbisindən (1:2) sonra rəsmi açıqlama yayıb.
Sportify.az xəbər verir ki, klub rəqib komandanın nümayəndələrini futbolçulara qarşı fiziki aqressiyada və hücumda ittiham edib.
“Dünənki derbidə futbolçularımıza qarşı edilən şifahi və fiziki hücumları qətiyyətlə pisləyirik.
Kərəm Aktürkoğluna qarşı şifahi hücumlarla başlayan, “Qalatasaray”ın məşqçi heyətinin analitiki Sərhat Doğanın Matteo Gündüzinin üzərinə hücumu ilə davam edən və Abdülkərim Bardakçının futbolçumuzun saçından tutması ilə nəticələnən hadisələr tamamilə qəbuledilməzdir!
Derbinin statusu və gərginliyi heç kimə futbolçularımıza hücum etmək hüququ vermir. Baş verənləri sadəcə matçın emosiyalarına bağlamaq və üstünü örtmək olmaz. Rəqib komandanın nümayəndələrinin davranışı gərginliyi azaltmaq əvəzinə, münaqişəni daha da alovlandırdı.
İnsidentdə iştirak edən hər bir şəxsin hərəkətləri intizam orqanları tərəfindən hərtərəfli araşdırılmalı, günahkarlar isə heç bir istisna olmadan cəzalandırılmalıdır. Türkiyə futbolunda zorakılığın qarşısını almağın yeganə yolu günahkarları cəzasız buraxmamaqdır” — deyə klubun X sosial şəbəkəsində yaydığı rəsmi açıqlamada bildirilib.



No Comment! Be the first one.