"Fənərbağça" qalib gəldi - VİDEO
Türkiyə Super Liqasının II turunda “Fənərbağça” “Konyaspor”u qəbul edib.
Sportify.az xəbər verir ki, İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 7-ci dəqiqəsində Vedat Muriç “Fənərbağça”nı hesabda önə keçirib. “Konyaspor” 11-ci dəqiqədə Ebrima Kollinin qolu ilə tarazlığı bərpa edib.
20-ci dəqiqədə Meyson Qrinvud penaltini qaçırsa da, təkrar zərbə ilə İstanbul klubunu yenidən önə çıxarıb. İlk hissənin 33-cü dəqiqəsində Marko Asensio fərqi iki topa çatdırıb.
Qrinvud 49-cu dəqiqədə özünün ikinci, komandasının isə dördüncü qolunu vurub. “Konyaspor”dan Deniz Türüç 90+4-cü dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra “Fənərbağça” xallarının sayını 3-ə çatdırıb. “Konyaspor” isə 2 turdan sonra xalsız qalıb.
İsmayıl Kartalın komandası 3-cü turda səfərdə “Samsunspor”la qarşılaşacaq. “Konyaspor” isə “Kocaelispor”u qəbul edəcək.


No Comment! Be the first one.