Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başa çatdı
Formula 1 üzrə Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başa çatıb.
Sportify.az xəbər verir ki, 11 komandanın iştirak etdiyi yürüşdə ən yaxşı nəticəni “Mercedes” pilotu Corc Rassel göstərib.
Britaniyalı sürücünün komanda yoldaşı Kimi Antonelli ikinci, “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen isə üçüncü olub.
Qeyd edək ki, ilk sərbəst yürüşdə də C.Rassel ən yaxşı nəticəni göstərmişdi. Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.



No Comment! Be the first one.