“Red Bull”un pilotu Maks Ferstappen Formula 1 üzrə Niderland Qran Prisində qəza törədib.
Sportify.az xəbər verir ki, 28 yaşlı niderlandlı sürücü yarışın ilk dövrəsinin sonunda idarəetməni itirib və bolidini ciddi şəkildə zədələyib.
Hadisədən sonra trasda qırmızı bayraqlar qaldırılıb və yarış müvəqqəti dayandırılıb. Qəzaya görə Ferstappen mübarizəni davam etdirə bilməyib. Buna baxmayaraq, 4 qat dünya çempionu dərhal komandasına vəziyyətinin yaxşı olduğunu bildirib.
Niderland Qran Prisinin qalibi adını “Maklaren” pilotu Lando Norris qazanıb. “Mersedes” pilotları Andrea Kimi Antonelli və Corc Rassell isə sonrakı iki yeri tutub.
Qeyd edək ki, Maks Ferstappen 2021 – 2024-cü illərdə Formula 1 üzrə dünya çempionu olub.
Niderland Qran Prisi 2026-cı ildən sonra Formula 1 təqvimində olmayacaq. Yarış 36 illik fasilədən sonra 2021-ci ildə çempionata qaytarılmışdı.



No Comment! Be the first one.