Formula 1-də “Racing Bulls” komandasının pilotu Arvid Lindblad yarış avtomobilindən fərqli olaraq, adi avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi almaq üçün Böyük Britaniyada nəzəri imtahan verib.
Sportify.az-ın məlumatına görə, 19 yaşlı britaniyalı pilot testdən 50 mümkün baldan 46-nı toplayıb.
Lindblad yol hərəkətində risklərin qiymətləndirilməsi üzrə ayrıca bölmədə isə 75 baldan 52-ni toplayıb.
Lindbladın vəsiqə almaq üçün bundan sonra praktiki sürücülük dərsləri keçməsi və tibbi müayinədən tamamlaması tələb olunur. Böyük Britaniyada nəzəri imtahanın nəticəsi iki il müddətində qüvvədə qalır.
Qeyd edək ki, Arvid Lindblad cari mövsümdə Formula 1-də debüt edib və indiyədək şəxsi hesabına 31 xal yazdırıb. O, ötən həftəsonu Madriddə keçirilmiş İspaniya Qran Prisində finişə 9-cu çatıb.



No Comment! Be the first one.