Fransalı oyunçu komandasını dəyişəcək
İngiltərənin “Mançester Yunayted” klubu hücum xəttini gücləndirmək üçün “Kristal Pelas”ın futbolçusu Jan-Filip Matetanın transferini nəzərdən keçirir.
Sportify.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.
Bildirilir ki, 29 yaşlı oyunçunun nümayəndələri artıq “Mançester Yunayted” ilə əlaqə saxlayıblar.
Məlumata görə, yeni hücumçunun transferi “qırmızı şeytanlar”ın qarşıdakı yanvar transfer pəncərəsi üçün əsas prioritetlərindən biridir. Klubun Matetaya marağının “Kristal Pelas”ın futbolçu üçün tələb edəcəyi məbləğdən asılı olacağı qeyd edilir.
Jan-Filip Matetanın klubla müqaviləsinin gələn ilin yayında başa çatacağı bildirilir. Bu səbəbdən yanvar transfer pəncərəsi “Kristal Pelas” üçün futbolçunun satışından gəlir əldə etmək baxımından son imkan ola bilər.
Mənbənin məlumatına əsasən, Fransa yığmasının futbolçusuna Səudiyyə Ərəbistanının klublarından da maraq var.


No Comment! Be the first one.