“Gəncəbasar” “Şahdağ Qusar”ın liderliyinə yenə şərik çıxdı
Azərbaycan I Liqasında IV tura yekun vurulub.
Sportify.az xəbər verir ki, turun son oyununda “Gəncəbasar” Yevlax şəhər stadionunda “Baku Sportinq”i qəbul edib.
Qarşılaşma Gəncə komandasının qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qolu 49-cu və 90+4-cü dəqiqələrdə Dileyn Açimi vurub.
Bununla da xalını 12-yə çatdıran “Gəncəbasar” “Şahdağ Qusar”la birlikdə şərikli liderliyini davam etdirib.
Qeyd edək ki, IV turun əvvəlki oyunlarında “Şahdağ Qusar” “Zaqatala”ya 6:0, MOİK “Mingəçevir”ə 3:0 hesabı ilə qalib gəlib. “Səbail” – “Karvan-Yevlax” və “Şimal” “Xankəndi” qarşılaşmaları eyni hesablı heç-heçələrlə yekunlaşıb – 1:1.


No Comment! Be the first one.