Hacı Kərimov dünya çempionatının finalında
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatının yeddinci yarış günündə 70 kq, 74 kq, 97 kq və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Hacı Kərimov (70 kq) debütdə hindistanlı Sumit Baraskara 5:1, daha sonra Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib.
1/4 finalda ermənistanlı Davit Davtyanı tam üstünlüklə (12:0) xalçadan məyus yola salan Kərimov yarımfinalda misirli Mohamed Ahmeddən güclü olub – 9:2. O, sabah finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşacaq.
İsmayıl Rəhimli (74 kq) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova məğlub olub – 2:4.
Fərhad Süleymanlı (97kq) macarıstanlı Robert Erdelyini (11:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə uduzur – 8:19.
Yusif Dursunov (125 kq) yaponiyalı Hosey Fucitaya tam üstünlüklə (11:1), hindistanlı Ronak Ronaka isə 3:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında ABŞ-dən olan Dreshaun Rossa 1:4 hesabı ilə məğlub olan Dursunov sabah bürünc medal uğrunda güləşəcək.



No Comment! Be the first one.