“Hapoel Beer Şeva” qolçusunu itirdi
İsrailin “Hapoel Beer Şeva” komandası Bakıda “Sabah”a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə ciddi itki ilə üzləşib.
Sportify.az xəbər verir ki, qonaqların aparıcı futbolçusu İqor Zlatanoviç 35-ci dəqiqədə zədələnib.
Serbiyalı hücumçu Məhəmməd Abu Rumi ilə əvəzlənib.
Hazırda hesab bərabərdir – 1:1.
Qeyd edək ki, İqor Zlatanoviç “Hapoel Beer Şeva”nın ilk matçda qələbə topunu vurub, cavab görüşündə isə hesabı açıb.



No Comment! Be the first one.