Harri Keyn: Bu, karyeramın ən mühüm nailiyyətlərindən biridir
İngiltərə millisinin hücumçusu Harri Keyn milli komandada keçirdiyi oyunların sayına görə rekord müəyyənləşdirmək ehtimalı barədə danışıb.
Sportify.az xəbər verir ki, hazırda 125 oyunla Keyn bu göstəricidə Piter Şiltonla birinci pilləni bölüşür.
“Düşünürəm ki, bu, karyeramın ən mühüm mərhələlərindən biridir. Bu göstərici ən yüksək səviyyədə sabit çıxışın sübutudur. Hər bir böyük futbolçu ildən-ilə yaxşı nəticələr göstərmək istəyir.
Mənim keçirdiyim oyunların sayına çatmaq meydandan kənarda görülən işlərin, fədakarlığın və insanların görmədiyi səylərin nəticəsidir. Ümid edirəm ki, qarşıda hələ uzun illər var və daha nələrə nail ola biləcəyimi görəcəyik”, – deyə Keynin sözlərini UEFA-nın rəsmi saytı yayıb.
Qeyd edək ki, İngiltərə millisi noyabrın 12-də UEFA Millətlər Liqasının 5-ci turunda Xorvatiya ilə qarşılaşacaq. “Uembli” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qarşılaşmanı danimarkalı Morten Kroq idarə edəcək.



No Comment! Be the first one.