İdmançı 75 yaşlı hakimi rinqə tullayıb öldürdü
Meksikada keçirilən güləş şousunda 75 yaşlı hakim Xerardo Pinyeda rinqə atıldıqdan sonra həyatını itirib.
Sportify.az “Azteca Noticias”a istinadən xəbər verir ki, referini rinqə restler Xose Anxel tullayıb.
Hadisədən sonra Pinyeda ayağa qalxa bilməyib. Tamaşaçılar əvvəlcə bunun şounun bir hissəsi olduğunu düşünüblər.
Lakin daha sonra rinqə çıxan həkimlər hakimin öldüyünü müəyyənləşdiriblər.
Hadisədən sonra Xose Anxel saxlanılıb. Ona ehtiyatsızlıqdan adam öldürmə ittihamı irəli sürülüb.
İdmançının hüquqi statusunun yaxın 24 saat ərzində müəyyənləşdiriləcəyi bildirilib.



No Comment! Be the first one.