İdmançımız Avropa çempionatında 3 medal qazandı - FOTOLAR
Azərbaycan ağırlıqqaldıranı Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, birdən qaldırma hərəkətində 134 kq çəkinin öhdəsindən gələn Həsənov ikinci olub.
Təkanla qaldırma növündə o, 162 kq çəkini başı üzərinə qaldıraraq üçüncü olub.
Beləliklə 2 hərəkətin cəmində 296 kq nəticəyə imza atmış azərbaycanlı atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.






No Comment! Be the first one.