İdmançımız FIS Kontinental Kubokuna vəsiqə qazandı
Çexiyanın Frenştat pod Radhoştem şəhərində xizək alpinizmi üzrə FIS Kuboku keçirilib.
Sportify.az xəbər verir ki, 11 ölkədən 57 idmançının iştirak etdiyi yarışda Azərbaycanı Zahit Cəfərov təmsil edib.
İdmançı 202,9 xal toplayaraq yekun sıralamada 22-ci pillədə qərarlaşıb.
Zahit Cəfərov göstərdiyi nəticə ilə xizək alpinizmi üzrə FIS Kontinental Kubokuna vəsiqə qazanıb.


No Comment! Be the first one.