II Liqa: “Dinamo” və “Ağstafa Gəncləri” səfərdə sevindi
Azərbaycan II Liqasında 2026/2027-ci illər mövsümünün I turuna yekun vurulub.
Sportify.az xəbər verir ki, turun ikinci oyun günündə üç qarşılaşma keçirilib.
“Difai” doğma meydanda “Dinamo”ya 1:3 hesabı ilə uduzub. Qonaqların heyətində Z.Bayramov (16), V.Seyidov (45+1, 62-pen.) fərqlənib. Meydan sahiblərinin təsəlli qolunu isə E.Ağalarov 90+1-ci dəqiqədə vurub.
Günün digər oyununda “Zəngəzur” və “Ağstafa Gəncləri” komandaları məhsuldar görüş keçiriblər. Qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. “Ağstafa Gəncləri”nin qollarını E.Qasımov (3, 23, 40, 58), “Zəngəzur”un heyətində isə R.Şahmuradov (20, 28) və E.Abbaslı (89-pen.) vurublar. “Zəngəzur”un futbolçusu Ş.Zəkiyev 31-ci dəqiqədə qırmızı vərəqə alıb.
“Şəmkir” – “Marafon” matçında isə qalib müəyyənləşməyib – 1:1. H.Həsənov 34-cü dəqiqədə meydan sahiblərini hesabda önə keçirib. Ə.Ələkbərli 75-ci dəqiqədə bərabərlik qolunu vurub.
Turun ilk oyun günündə isə “Qaradağ Lökbatan” “Hypers”i 2:1, “Şirvan” “Kür-Araz”ı 6:1, “Şəki” isə “Ağdaş”ı 4:2 hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan 2-ci Liqasında 2026/2027-ci illər mövsümünün ilk turu başa çatıb.
2-ci Liqa, 1-ci tur
2 sentyabr
17:00. “Difai” – “Dinamo” – 1:3
Qollar: E.Ağalarov, 90+1 // Z.Bayramov, 16, V.Seyidov, 45+1, 62-pen.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Mehdi Yusifov
Palms Sports Futbol Mərkəzi (IV meydança)
17:00. “Zəngəzur” – “Ağstafa Gəncləri” – 3:4
Qollar: R.Şahmuradov, 20, 28, E.Abbaslı, 89-pen. // E.Qasımov, 3, 23, 40, 58
Qırmızı vərəqə: Ş.Zəkiyev, 31(“Zəngəzur”)
Hakimlər: Hacıağa Həsənov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Vaqif Vəliyev
Binə qəsəbə stadionu
17:00. “Şəmkir” – “Marafon” – 1:1
Qollar: H.Həsənov, 34 // Ə.Ələkbərli, 75
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Sadiq Əliyev, Rasim Musayev
Şamaxı OİK stadionu
1 sentyabr
“Qaradağ Lökbatan” – “Hypers” – 2:1
“Şirvan” – “Kür-Araz” – 6:1
“Şəki” – “Ağdaş” – 4:2



No Comment! Be the first one.