İkinci gündə medal olmadı
Azərbaycan cüdoçuları Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının ikinci gününü medalsız başa vurublar.
Sportify.az xəbər verir ki, yarışın ikinci günündə tatami üzərinə üç cüdoçumuz çıxıb. Əbil Yusubov (73 kq), Cəsur İbadlı və Mehdi Abbasov (hər ikisi 81 kq) fəxri kürsüdən kənarda qalıblar.
Cəsur İbadlı ilk iki görüşündə qalib gələrək 1/4 finala yüksəlib. Lakin bu mərhələdə məğlub olan 21 yaşlı idmançı təsəlliverici görüşdə də rəqibinə uduzaraq mübarizəni medalsız başa vurub.
Mehdi Abbasov ikinci görüşündə, Əbil Yusubov isə ilk qarşılaşmasında məğlub olaraq yarışla vidalaşıb.
Beləliklə, Azərbaycan yığmasının aktivində iki qızıl medal var. Daha əvvəl Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.



No Comment! Be the first one.