Güləş Məktəbinə 47 şagird qəbul olundu
Bakı Güləş Məktəbində 2026/2027-ci tədris ili üzrə 6-cı və 7-ci siniflərə keçirilən qəbul prosesinin nəticələrinə əsasən 47 şagird uğur qazanıb.
Bu barədə Sportify.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.
İki mərhələdə təşkil olunan qəbul prosesində iştirak etmək üçün 6-cı və 7-ci siniflər üzrə 300-dən artıq namizəd müraciət edib. Qabiliyyət imtahanlarının nəticələrinə əsasən, 6-cı sinif üzrə 23, 7-ci sinif üzrə isə 24 şagird tədris ocağına qəbul edilib.
Namizədlərin seçimi sərbəst və yunan-Roma güləşi üzrə milli komandaların məşqçiləri tərəfindən müvafiq normativlər əsasında aparılıb. Sınaqlar zamanı şagirdlərin fiziki hazırlıq səviyyəsi, çevikliyi, gücü, koordinasiyası və güləşə uyğun qabiliyyətləri qiymətləndirilib.



No Comment! Be the first one.