“İmişli” Tovuzda qalib gəldi
AFFA Gənclər Liqasında I tura start verilib.
Sportify.az xəbər verir ki, “İmişli”nin U-19 komandası mövsümün ilk turunda səfərdə “Turan Tovuz” ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüş İmişli təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb. Komanda rəqib qapısından 4 top keçirərək meydandan 4:1 hesablı qələbə ilə ayrılıb.
Qələbədə əsas pay sahiblərindən biri Abbas Zeynalov olub. Gənc hücumçu görüşdə iki dəfə fərqlənib. Komandanın digər qollarını isə Rəsul Balakişiyev və Murad Quliyev vurublar.



No Comment! Be the first one.