“İmişli”nin yubiley qələbəsi
Misli Premyer Liqasının IX turunda “Şamaxı” ilə qarşılaşan “İmişli” yubiley qələbəsini qazanıb.
Sportify.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqada ikinci mövsümünü keçirən komanda 10-cu dəfə qalib gəlib – 2:1.
İmişlinin eyniadlı təmsilçisi 42-ci matçda 10-cu qələbəni bayram edib. Bunlardan 2-si ev, 8-i səfər oyununda əldə olunub.
“İmişli” turnirin tarixinə ən azı 10 qələbə qazanan 52-ci komanda kimi düşüb. Komanda ilk belə nailiyyətinə 2025-ci il avqustun 31-də “Sabah”la səfər matçında imza atıb – 1:0.



No Comment! Be the first one.