İngiltərə Liqa Kubokunda 1/4 final cütləri
İngiltərə Liqa Kubokunun 2026/2027 mövsümünün 1/4 final mərhələsinin püşkü atılıb.
Sportify.az püşkatmanın nəticələrini təqdim edir:
Liqa Kubokunun 1/4 final mərhələsinin cütləri:
“Flitvud Taun” — “Everton” / “Nyukasl Yunayted”;
“Mançester Siti” — “Bredford Siti”;
“Kristal Pelas” — “Sanderlend”;
“Liverpul” — “Bornmut”.
1/4 final oyunları dekabrın 14-dən başlayan həftə ərzində keçiriləcək.
Turnirin hazırkı qalibi “Mançester Siti”dir. “Şəhərlilər” ötən mövsüm finalda “Arsenal”ı 2:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxıblar.


No Comment! Be the first one.