"İnter Mayami"dən darmadağın, Messidən 4 qol - VİDEO
ABŞ-nin “İnter Mayami” klubu MLS-in 2026-cı il mövsümü matçında “Klöb de Fut Monreal”ı 7:1 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, qarşılaşmada Lionel Messi 4 qol vurub. Argentinalı ulduz 40, 52, 83 və 90+6-cı dəqiqələrdə fərqlənib.
“İnter Mayami”nin digər qollarını Kazemiro (20), Luis Suares (80) və Aleksandr Şou (90) vurub. “Monreal”ın yeganə qoluna isə Fabian Gerbers (37) imza atıb.
Bu qələbə ilə “İnter Mayami” MLS-də 4 oyunluq qələbəsiz seriyasına son qoyub. Floridalılar 22 oyundan 42 xalla Şərq Konfransında 2-ci pillədə qərarlaşıb. “Monreal” isə 21 xalla 14-cü sıradadır.
Lionel Messi scored 4 goals and an iconic assist
MLS 4goals pic.twitter.com/yp7oeDb9iG
— Nemerem💅 (@WestonLind58052) August 30, 2026



No Comment! Be the first one.