İsraillə bağlı açıqlama etiraza səbəb oldu
İrlandiya milli futbol komandasının baş məşqçisi Heymir Hallqrimssonun İsraillə keçiriləcək UEFA Millətlər Liqası oyunları ilə bağlı açıqlaması İsrail Futbol Assosiasiyasının (IFA) etirazına səbəb olub.
Sportify.az ESPN-nə istinadən xəbər verir ki, IFA islandiyalı mütəxəssisin açıqlamaları ilə bağlı UEFA-ya rəsmi şikayət təqdim etmək imkanını nəzərdən keçirir.
Heymir Hallqrimsson İrlandiya millisinin heyətini açıqlayarkən deyib: “Biz soyqırımla oynamırıq, soyqırıma qarşı oynayırıq. Biz İsrailə qarşı oynayırıq, İsraillə oynamırıq”. O, həmçinin komanda üzvlərinin bu matçlarda iştirak etməkdən özlərini rahat hiss etmədiklərini bildirib.
IFA isə baş məşqçinin fikirlərini sərt şəkildə tənqid edib. Assosiasiyanın yaydığı bəyanatda İsrailin müxtəlif sahələrdə bəşəriyyətə töhfə verdiyi qeyd olunaraq, Hallqrimssonun fikirləri “cəhalət və ikiüzlülük” kimi xarakterizə edilib.
İrlandiya və İsrail milli komandaları arasında hər iki qarşılaşmanın neytral meydanda və azarkeşsiz keçirilməsi nəzərdə tutulur. İlk oyun sentyabrın 27-də Macarıstanın Debretsen şəhərində, cavab qarşılaşması isə oktyabrın 4-də Serbiyanın Baçka-Topola şəhərində baş tutacaq.
Bu arada, 160-dan çox irlandiyalı idmançı İrlandiya milli komandasını İsraillə oyunları boykot etməyə çağıran açıq məktuba imza atıb. Sentyabrın 21-də axşam saatlarında isə milli komandanın yerləşdiyi otelin qarşısında etiraz aksiyası keçirilib.



No Comment! Be the first one.