Braziliya Hindistanla oyuna görə yüksək məbləğdə pul alacaq
Braziliya Futbol Konfederasiyası (CBF) yığmanın Hindistan millisi ilə yoldaşlıq görüşü keçirməsi qarşılığında 35-40 milyon rupi (təxminən 632-722 min manat) məbləğində qonorar alacaq.
Sportify.az “Live Mint”ə istinadən xəbər verir ki, Braziliya ilə oyunun ümumi büdcəsi təxminən 50 milyon rupi (903 min manat) təşkil edir.
Bunun 35-40 milyon rupi (632-722 min manat) hissəsinin CBF-ə ödənilməsi nəzərdə tutulur.
Uruqvay üçün 12,5 milyon rupi (226 min manat), Panama üçün isə 5,5 milyon rupi (99 min manat) qonorar müəyyənləşdirilib. Üç qarşılaşmanın səfər və qonaqpərvərlik xərcləri də daxil olmaqla ümumi büdcəsinin 80-90 milyon rupi (1,44 – 1,62 milyon manat) olacağı gözlənilir.
Bu maliyyə xərclərinin Hindistan Futbol Federasiyası (AIFF) daxilində narahatlıq yaratdığı da bildirilir. Federasiyanın İcraiyyə Komitəsinin bəzi üzvlərinin maliyyə razılaşmalarının tam detalları barədə məlumatsız olduğu qeyd edilir.
Qeyd edək ki, Hindistan Braziliya, Uruqvay və Panama ilə yoldaşlıq oyunlarını gələn ay keçirəcək. Braziliya ilə qarşılaşma oktyabrın 3-də Kəlküttə şəhərindəki “Vivekananda Yuba Bharati Krirangan” stadionunda baş tutacaq.



No Comment! Be the first one.