İskəndər Cavadov PFL-in qonağı oldu
Veteran futbolçu İskəndər Cavadov Peşəkar Futbol Liqasının (PFL) qonağı olub.
Sportify.az xəbər verir ki, Cavadov PFL prezidenti Elxan Səmədovla görüşüb.
Səmimi şəraitdə keçən görüşdə tərəflər Azərbaycan futbolu ilə bağlı ümumi müzakirələr apararaq, xatirələrini bölüşüblər.
Görüşün sonunda Səmədov qonağa xüsusi xatirə hədiyyəsi təqdim edib. Cavadov səmimi qarşılanmaya və diqqətə görə PFL rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, sentyabrın 20-də 70 yaşı tamam olan İsgəndər Cavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.



No Comment! Be the first one.