İspaniya millisində ciddi itki
Fransanın PSJ klubunun futbolçusu Ferran Torres İspaniya millisinin düşərgəsində zədələnib.
Sportify.az İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçunu gənclər komandasından çağırılmış Karlos Espi əvəzləyəcək.
Torresin sol topuğunda xoşagəlməz hissiyyatlar yaranıb. Bu hissiyyatlar əvvəlcə onun məşq etməsinə və oynamasına mane olmayıb, lakin simptomların davamlı olması səbəbindən futbolçunun geri çağırılması qərara alınıb ki, prioritet onun reabilitasiyası olsun.
İspaniya Kral Futbol Federasiyasının həkimləri toplanışın ilk günündən etibarən onun klubunun tibbi xidməti ilə daim əlaqədə olublar və bütün proses birgə şəkildə izlənilib.
Bu səbəbdən Luis de la Fuente U-21 millisinin futbolçusu Karlos Espini əsas komandanın düşərgəsinə çağırmaq qərarına gəlib. O, Ovyedo şəhərində Çexiya ilə ev və Splitdə Xorvatiya ilə səfər matçında iştirak edəcək.



No Comment! Be the first one.