İspaniya Super Kubokunun oyunları İstanbulda
2027-ci il İspaniya Super Kubokunun İstanbulda keçiriləcək oyunlarının stadionları müəyyənləşib.
Sportify.az xəbər verir ki, turnirdə “Barselona”, “Real Madrid”, “Atletiko” və “Real Sosyedad” mübarizə aparacaq.
Yarımfinalın ilk oyununda fevralın 2-də “Barselona” “Atletiko” ilə “Çobani” stadionunda qarşılaşacaq. Fevralın 3-də isə “Real Madrid” “Real Sosyedad”la “Tüpraş” stadionunda üz-üzə gələcək.
Final qarşılaşması fevralın 6-da “RAMS Park”da keçiriləcək.
Beləliklə, 2027-ci il İspaniya Super Kubokunun bütün oyunları İstanbulun üç böyük klubunun – “Fənərbağça”, “Beşiktaş” və “Qalatasaray”ın stadionlarında baş tutacaq.
Qeyd edək ki, turnirin İstanbulda keçirilməsi ilə bağlı təqdimat toplantısı Türkiyə Futbol Federasiyasının Riva İdarəetmə Mərkəzində təşkil olunub.



No Comment! Be the first one.