İsrail və İran yığmasının futbolçuları əl sıxmaqdan imtina etdi - FOTOLAR
İsrail və İrlandiya milli komandalarının futbolçuları UEFA Millətlər Liqasının B Liqasının III qrupunda II tur matçından əvvəl bir-biri ilə əl sıxmayıblar.
Sportify.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçirilən qarşılaşmadan əvvəl dövlət himnləri səsləndirilib.
Daha sonra komandalar meydanın öz yarısına keçib və futbolçular arasında əl sıxma mərasimi baş tutmayıb.
Görüşün baş hakimi Almaniyadan Harm Osmersdir.
İrlandiya ilk hissədə rəqibinə 3 cavabsız qol vurub. Troy Parrott 14-cü, Evan Ferqyuson 16-cı, Conatan Moylan isə 25-ci dəqiqədə fərqlənib.
Bundan əvvəl İrlandiya millisinin futbolçularının Qəzza sektorundakı vəziyyətlə əlaqədar İsraillə oyunu boykot etmək imkanını müzakirə etdiyi bildirilmişdi.
Komandanın qapıçısı Qevin Bazunu da qarşılaşmada iştirakdan imtina edib. Bu səbəbdən, İrlandiya millisi heyətə müdafiəçini üçüncü qapıçı kimi daxil etməli olub.





No Comment! Be the first one.