İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"ya qalib gəldi - YENİLƏNDİ
Türkiyə Super Liqasının IX turunda keçirilən derbidə “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, RAMS Parkda baş tutan qarşılaşmada meydan sahiblərinin hər iki qolunu Viktor Osimhen vurub.
Qonaqların yeganə qolunun müəllifi isə İrfan Can Kahveci olub.
Bu qələbə ilə xallarının sayını 22-yə çatdıran “Qalatasaray” turun lideri olub. Üçüncü məğlubiyyətini alan “Fənərbağça” isə 16 xalla 5-ci pillədə qərarlaşıb.
Türkiyə Super Liqası
IX tur
22:30 “Qalatasaray” – “Fənərbağça” 2:1
Qol: Viktor Osimhen, 29; 44 – İrfan Can Kahveci, 62


No Comment! Be the first one.