"Ballon d`Or": İlk mükafatı Lamin Yamal aldı - FOTO
İspaniya “Barselona”sının hücumçusu Lamin Yamal 2025/2026 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.
Sportify.az xəbər verir ki, 2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasimində 18 yaşlı ispaniyalı forvarda kişilər arasında Kopa (“Gənc istedad”) mükafatı təqdim olunub.
Bu, Yamalın ardıcıl üçüncü dəfə həmin mükafata sahib çıxmasıdır.
Mərasimdə ilk mükafatın qalibini Ukrayna futbolunun əfsanəsi Andriy Şevçenko açıqlayıb.
Tədbirin aparıcıları Keyt Skott və Tyerri Anri səhnəyə çıxaraq mərasimin gec başlamasına görə üzr istəyiblər. Bundan əvvəl isə Corca Smit musiqi nömrəsi ilə çıxış edib.
Mərasimdə UEFA prezidenti Aleksander Çeferin, eləcə də Maykl Ouen, Luiş Fiqu və Ronaldo kimi tanınmış futbol simaları iştirak edirlər.
Ən yaxşı qadın istedad adına da “Barselona”nın futbolçusu Viki Lopes layiq görülüb. O, ikinci dəfə “Kopa” mükafatını alıb.
Qeyd edək ki, Yamalın “Qızıl top” uğrunda mübarizədə də əsas namizədlərdən biri olduğu bildirilir. Bununla belə, onun eyni axşam hər iki mükafatı qazanması ehtimalı aşağı qiymətləndirilir.




No Comment! Be the first one.