Kəpəz"dən ilk, "Zirə"dən ardıcıl üçüncü qələbə - YENİLƏNDİ
Misli Premyer Liqasında III turun daha bir görüşü Zirə İdman Kompleksində keçirilib.
Sportify.az xəbər verir ki, çempionatın şərikli liderləri “Zirə” və “Neftçi” komandaları üz-üzə gəlib.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Yeganə qolu 45+4-cü dəqiqədə kapitan Qismət Alıyev vurub.
70-ci dəqiqədə isə Elvin Bədəlov ikinci sarı vərəqəni alaraq, qonaqları azlıqda qoyub.
Beləliklə, “Zirə” ardıcıl üçüncü qələbəsini qazanaraq, 9 xalla vahid liderə çevrilib. “Neftçi” isə 6 xalla 2-ci yerdə gedir.
————————————–
Misli Premyer Liqasında III turun növbəti görüşü Gəncə stadionunda keçirilib.
Sportify.az xəbər verir ki, yenidən təmir olunmuş arenadakı ilk oyunda “Kəpəz” və “Turan Tovuz” komandaları qarşılaşıb.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Yeganə qolu 47-ci dəqiqədə kəskin əks-hücum nəticəsində Gəncə komandasının legioneri Viktor Stina vurub.
Bununla da “Kəpəz” ilk qələbəsini qazanaraq, 3 xal əldə edib. “Turan Tovuz” isə 1 qələbə və 1 heç-heçənin ardından ilk məğlubiyyətlə də üzləşib.
Qeyd edək ki, qarşılaşma 15 minədək tamaşaçının iştirakı ilə keçib. Hər iki komanda azarkeşlərinin dəstəyi oyunu daha da baxımlı edib.
—————————
Bu gün Misli Premyer Liqasında III turun daha 2 qarşılaşması keçiriləcək.
Sportify.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” və “Turan Tovuz” arasında Qərb derbisi gerçəkləşəcək.
Oyun yenidən qurulan Gəncə stadionunda baş tutacaq. Əsaslı təmirdən sonra qapılarını azarkeşlərin üzünə açacaq arenada görüşdən əvvəl musiqili proqram təşkil olunacaq.
Bu mövsüm “Kəpəz” cəmi bir oyun keçirib. İlk turun “Sabah”la səfər matçında məğlubiyyət qeydə alınıb – 0:2. Növbəti turun “Qarabağ”la səfər oyunu isə təxirə salınıb.
“Turan Tovuz” isə ilk turda “Qəbələ”ni 1:0 hesabı ilə yenməsinə baxmayaraq, II turda “Şamaxı”nın müqavimətini qıra bilməyib – 0:0.
Komandaların əvvəlki 15 oyunundan 3-də Gəncə, 10-da Tovuz təmsilçisi qələbə qazanıb, daha 2-si heç-heçə ilə yekunlaşıb. Topların nisbətində tovuzluların demək olar ki, üçqat üstünlüyü var – 29:10. “Kəpəz” son 4 qarşılaşmada qalib gəlməyib. “Turan Tovuz” son 6 səfərdə qol vurub.
Saat 18:00-da başlanacaq Qərb derbisini FIFA referisi Kamal Umudlu idarə edəcək.
Günün digər matçı isə çempionatın şərikli liderləri “Zirə” və “Neftçi” arasında olacaq. Zirə İdman Kompleksinin stadionunda saat 20:15-də başlanacaq görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Hazırda “Neftçi” və “Zirə” hərəyə 6 xalla ilk iki pillədə qərarlaşıb. Komandaların əvvəlki 41 oyununun 15-də “mavi-qırmızılar”, 14-də isə “ağ-qaralar” qələbə qazanıb, daha 12-si heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə “flaqman”ın üstünlüyü var – 47:44.
Son üç qarşılaşmada heç-heçə qeydə alınıb. “Neftçi” isə son üç səfərdə xal qazanıb.
Misli Premyer Liqası, III tur
30 avqust
18:00. “Kəpəz” – “Turan Tovuz” – 1:0
Qol: Viktor Stina, 47
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Gəncə şəhər stadionu
20:15. “Zirə” – “Neftçi” – 1:0
Qol: Qismət Alıyev, 45+3
Qırmızı vərəqə: Elvin Bədəlov, 70 (“Neftçi”)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İK stadionu
Qeyd edək ki, III turun ilk oyun günündə “Qəbələ” “Şamaxı” ilə qolsuz heç-heçə edib, “Şəfa” isə “İmişli”yə uduzub – 0:1. Tura avqustun 31-də keçiriləcək “Araz-Naxçıvan” – “Sabah” və “Sumqayıt” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.



No Comment! Be the first one.