"Kəpəz"in baş məşqçisi: "Qarabağ"la matçın yerini doldurmaq istəyirdik
“Çempionat artıq başlayıb və bizim IL turda keçirilməli olduğumuz “Qarabağ”la oyunumuz təxirə salınıb. Biz də həmin matçın yerini doldurmaq istəyirdik”.
Sportify.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Məmmədov I Liqada çıxış edəcək Gəncənin digər təmsilçisi “Gəncəbasar”a 4:2 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
50 yaşlı mütəxəssis görüşdən razı qaldığını bildirib: “Yaxşı oyun alındı. Əsas məqsəd komandanın formadan düşməməsi və qarşılaşmanı zədəsiz başa vurmaq idi. Düzdür, bir neçə futbolçumuzun kiçik zədələri var idi. Ona görə də riskə getməyib onları meydana buraxmadıq. İstirahətdən sonra komanda yenidən məşqlərə başlayacaq və onlar da artıq kollektivə qoşulacaqlar”.



No Comment! Be the first one.