“Kəpəz” cərimələndi
Misli Premyer Liqasının V turunda keçirilmiş “Kəpəz” – “Qəbələ” matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə Gəncə təmsilçisi cərimələnib.
Sportify.az xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, “Kəpəz” klubu 5 min manat məbləğində cərimə olunub.
Qərarın qəbul edilməsinə meydan sahiblərinin azarkeşlərinin qayda pozuntusuna yol verməsi və bu halın cari mövsümdə ikinci dəfə təkrarlanması səbəb olub.



No Comment! Be the first one.