"Kəpəz" üçün son 5 mövsümdə ən uğurlu start - ARAŞDIRMA
Azərbaycanın üçqat çempionu “Kəpəz” komandası son 5 mövsümdə ən uğurlu starta məhz cari çempionatda nail olub.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, “sarı-göylər” Premyer Liqaya qayıtdıqdan, yəni 2022/2023 mövsümündən sonra ən yüksək göstəricilərə imza atıblar.
Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv yarışda 2 qələbə və 1 heç-heçə sayəsində 7 xal toplayıb və 7-ci pillədə qərarlaşıb. Son 5 çempionatın ilk 6 turunda Gəncə təmsilçisi maksimum 4 xal toplamağı bacarmışdı. Bu müddət ərzində bir qayda olaraq autsayderlər arasında yer alan komanda hətta 10 klubun iştirak etdiyi yarışda 9-cu pillədən yuxarı qalxa bilməyib.

Həmçinin “Kəpəz”in müdafiə xətti bu mövsüm etibarlı təsir bağışlayır. “Sarı-göylər” hazırda davam edən çempionatın ilk 5 görüşündə cəmi 7 qol buraxıblar. Halbuki əvvəlki 4 çempionatın startında adətən böyük hesablı məğlubiyyətlərə düçar olan komanda 17-19 dəfə topu qapısından çıxarmalı olub.
Təbii ki, Azər Məmmədovun yetirmələrinin əvvəlki illərlə müqayisədə belə uğurlu çıxışının əsas səbəblərindən biri doğma meydança amili və Gəncə Şəhər Stadionunun tribunalarını dolduran sadiq azarkeş ordusudur.
2022/2023 mövsümü
I tur: “Kəpəz” – “Zirə” 1:2
II tur: “Neftçi” – “Kəpəz” 5:2
III tur: “Kəpəz” – “Qəbələ” 0:3
IV tur: “Səbail” – “Kəpəz” 4:1
V tur: “Kəpəz” – “Qarabağ” 0:1
VI tur: “Turan Tovuz” – “Kəpəz” 2:0
10. “Kəpəz” 6 0 0 6 4-17 0
2023/2024 mövsümü
I tur: “Kəpəz” – “Neftçi” 1:0
II tur: “Zirə” – “Kəpəz” 1:0
III tur: “Kəpəz” – “Turan Tovuz” 0:2
IV tur: “Qarabağ” – “Kəpəz” 1:1
V tur: “Kəpəz” – “Araz-Naxçıvan” 1:2
VI tur: “Kəpəz” – “Səbail” 0:3
9. “Kəpəz” 6 1 1 4 3-9 4
2024/2025 mövsümü
I tur: “Sumqayıt” – “Kəpəz” 2:0
II tur: “Qarabağ” – “Kəpəz” 3:0
III tur: “Kəpəz” – “Turan Tovuz” 0:3
IV tur: “Səbail” – “Kəpəz” 4:0
V tur: “Kəpəz” – “Sabah” 2:3
VI tur: “Araz-Naxçıvan” – “Kəpəz” 1:0
10. “Kəpəz” 6 0 0 6 2-16 0
2025/2026 mövsümü
I tur: “Sumqayıt” – “Kəpəz” 3:0
II tur: “Kəpəz” – “Karvan-Yevlax” 2:3
III tur: “Zirə” – “Kəpəz” 5:0
IV tur: “Kəpəz” – “Araz-Naxçıvan” 0:2
V tur: “Qəbələ” – “Kəpəz” 3:0
VI tur: “Turan Tovuz” – “Kəpəz” 3:0
12. “Kəpəz” 6 0 0 6 2-19 0
2026/2027 mövsümü
I tur: “Sabah” – “Kəpəz” 2:0
II tur: “Qarabağ” – “Kəpəz” – matç təxirə salınıb
III tur: “Kəpəz” – “Turan Tovuz” 1:0
IV tur: “Kəpəz” – “Şamaxı” 1:4
V tur: “Kəpəz” – “Qəbələ” 1:0
VI tur: “Kəpəz” – “Sumqayıt” 1:1
7. “Kəpəz” 5 2 1 2 4-7 7



No Comment! Be the first one.