Kamavinqanı bayraqla vurdular VİDEO
İspaniya La Liqasının 10-cu turunda “Barselona” “Real Madrid”i qəbul edib.
Sportify.az xəbər verir ki, “Kamp Nou”dakı qarşılaşmada “Barselona” məğlub olub – 1:2.
Matçın 80-ci dəqiqəsində meydana daxil olan Eduardo Kamavinqa 87-ci dəqiqədə Kilian Mbappenin qələbə qolunun ötürməsini verib.
“Real Madrid” futbolçuları qolu “Barselona” azarkeşlərinin yerləşdiyi tribunaya yaxın ərazidə qeyd ediblər. Bundan sonra tribunadan meydançaya, futbolçuların istiqamətinə müxtəlif əşyalar atılıb.
Tribunaya yaxın olan Kamavinqaya bəzi azarkeşlər bayraq dirəkləri ilə zərbə endiriblər.



No Comment! Be the first one.