Kannavaro: Rusiya yığması ilə oynamaq bizim üçün yaxşı sınaq olacaq
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro Rusiya yığması ilə qarşılaşma öncəsi rəqib komanda barədə fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, Rusiya və Özbəkistan milli komandaları arasında yoldaşlıq görüşü noyabrın 12-də Daşkənddə keçiriləcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
“Mən bu komandanı və futbolçularını tanıyıram. Rusiya millisinin çoxsaylı oyunlarını izləmişik. Bu, çox çətin rəqibdir. Karpini də tanıyıram, o, vaxtilə çox yaxşı futbolçu olub.
Rusiya aqressiv və kompakt komandadır. Bizim üçün asan olmayacaq. Bu qarşılaşma yüksək səviyyəli rəqibə qarşı oynadığımız üçün yaxşı sınaqdır. Özümüzü yoxlamaq baxımından əla fürsət, futbolçularımız üçün isə yaxşı təcrübə olacaq”, – deyə Kannavaronun sözlərini “Championat” saytının müxbiri Aleksandr Yerşov yayıb.



No Comment! Be the first one.