Konfrans Liqası: "Trabzonspor" səfərdə, "Tvente" evdə qalib gəldi - YENİLƏNDİ
Türkiyənin “Trabzonspor” komandası UEFA Konfrans Liqasının əsas mərhələsinə qələbə ilə başlayıb.
Sportify.az xəbər verir ki, Tomas Raysın baş məşqçi olduğu kollektiv Finlandiyada “KuPS Kuopio”nu məğlubiyyətə uğradıb – 4:2.
İlk yarıda “Trabzonspor”dan Pol Onuaçu 3-cü, Məhəmməd Salah 44-cü dəqiqədə fərqlənib. İlk qolun məhsuldar ötürməsini də Salah verib.
Bununla da misirli hücumçu Mario Götze və Kodi Qakpodan sonra həm Çempionlar Liqasında, həm Avropa Liqasında, həm də Konfrans Liqasında qol vuran və məhsuldar ötürmə edən üçüncü oyunçu olub.
47-ci dəqiqədə Cu Frankulinu qonaqların üçüncü topunu vurub.
54-cü dəqiqədə Petteri Pennanen fərqi azaldıb. 59-cu dəqiqədə isə onun komanda yoldaşı Pyotr Pajişek penaltini dəqiq yerinə yetirə bilməyib.
90+1-ci dəqiqədə Frankulinu Türkiyə təmsilçisinin 4-cü qolunu vurub. 90+6-cı dəqiqədə isə Finlandiya komandasının futbolçusu Qustav Enqvoll son qolun müəllifi olub.
Növbəti turda “Trabzonspor” Bosniya və Herseqovinanın “Borats” komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, “KuPS Kuopio” Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”la üz-üzə gəlib. Azərbaycan təmsilçisi evdə 1:0, səfərdə isə 2:0 hesablı qələbələr əldə edib.
Konfrans Liqası, I tur
15 oktyabr
20:45. KuPS (Finlandiya) – “Trabzonspor” (Türkiyə) – 2:4
20:45. “Luqano” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) – 3:2
20:45. “Hayduk” (Xorvatiya) – “Ayaks” (Niderland) – 2:1
20:45. “Gent” (Belçika) – “Orxus” (Danimarka) – 1:0
20:45. “Eqnatiya” (Albaniya) – “Midtyulland” (Danimarka) – 1:1
20:45. “Möllbü” (İsveç) – “İnter Eskaldes” (Andorra) – 2:0
20:45. “Panatinaikos” (Yunanıstan) – “Borats” (Bosniya və Herseqovina) – 2:1
20:45. MOİK (Sofiya, Bolqarıstan) – “Monako” (Fransa) – 1:2
20:45. “Riqa” (Latviya) – “Kayrat” (Qazaxıstan) – 1:1
20:45. “Universitatya Krayova” (Rumıniya) – “Xetafe” (İspaniya) – 1:1
23:00. “Atalanta” (İtaliya) – “Pafos” (Kipr) – 3:1
23:00. “Brayton” (İngiltərə) – “Kauno Jalgiris” (Litva) – 4:0
23:00. “Kopenhagen” (Danimarka) – “Braqa” (Portuqaliya) – 3:0
23:00. “Tvente” (Niderland) – “Tun” (İsveçrə) – 1:0
23:00. “Harts” (Şotlandiya) – “Norşellan” (Danimarka) – 1:1
23:00. “Sent-Tröyden” (Belçika) – “İberiya” (Tbilisi, Gürcüstan) – 2:0
23:00. “Frayburq” (Almaniya) – “Yablonets” (Çexiya) – 3:2
23:00. “Brann” (Norveç) – “Linkoln Red İmps” (Cəbəllütariq) – 2:1


No Comment! Be the first one.