Kurban Berdıyev: Mövsümün axırında baxarıq
“Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün qələbə yaxşı oyundan daha çox vacib idi. Bunu sırf psixoloji cəhətdən söyləyirəm”.
Sportify.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev evdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssisin sözlərinə görə, epizodlara baxıldıqda, komandası heç də pis çıxış etməyib: “Müəyyən məqamlar var ki, hələ üzərində işləməliyik”.
74 yaşlı baş məşqçi azarkeşlərin narazılıqlarına da münasibət bildirib: “Çempionat uzundur. Nə isə danışmaq üçün tezdir. Mövsümün axırında baxarıq”.
Berdıyev bu dəfə də topun qapı xəttini keçdiyinə dair şübhələrin yarandığını, lakin özünün qol olmasını hiss etmədiyini dilə gətirib: “Hakimliyin işinə qarışmaq istəmirəm. “Şamaxı” ilə qarşılaşmada qol olduğunu hiss etmişdim. Bu dəfə isə hiss etmədim. Qol olduğunu tam deyə bilmərəm”.



No Comment! Be the first one.