Kurban Berdiyev Rəşad Sadıqova cavab verdi
“Futbolçularıma ilk dəqiqələrdən sonadək göstərdikləri əzmkarlıqlarına görə təşəkkürümü bildirdim. Allaha da minnətdaram ki, uşaqlara kömək etdi və azarkeşlərə qələbə sevinci bəxş etdi”.
Sportify.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev evdə “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis oyundan sonra baş vermiş olaylar barədə danışmaqdan imtina edib: “Mənə oyunla bağlı sual verin. Oyundan sonra baş verənlər oyuna aid deyil”.
Berdiyevin fikrincə, baş hakimlər hər iki tərəfə eyni yanaşmanı diktə edirlərsə, bu, normal haldır.
Rəqib həmkarı Rəşad Sadıqovun hakimliklə bağlı iradına da münasibət bildirib: “Hakimliyin “Zirə”yə qarşı ədalətsizliyə yol verdiyini bildirib? Bəs deməyibmi ki, Ruan Renato futbolçumuz Jonu texniki zonaya bilərəkdən atdığı üçün ikinci sarı vərəqə almalı idi? Gəlin, ən yaxşısı, oyundan danışaq”.



No Comment! Be the first one.