“LANDAU Lions” Çempionlar Liqası ilə vidalaşdı
Azərbaycanın “LANDAU Lions” basketbol komandası bu gün avrokuboklarda mübarizəyə başlayıb.
Sportify.az xəbər verir ki, komanda FIBA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu Latviyanın “VEF Riqa” klubuna qarşı keçirib.
Bolqarıstanın Samokov şəhərində baş tutacaq qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb – 105:88.
Bakı klubu yoluna FIBA Avropa Kubokunun G qrupunda davam etdirəcək.


No Comment! Be the first one.