Leonid Slutski tanınmış klubdan imtina etdi
Rusiyanın “Lokomotiv” (Moskva) futbol klubunun baş direktoru Boris Rotenberqin bir neçə həftə əvvəl Leonid Slutskiyə komandanın baş məşqçisi olmağı təklif etdiyi bildirilir.
Sportify.az “Çempionat” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis bu təklifi qəbul etməyib.
Leonid Slutski son olaraq Çin klubu “Şanxay Şenxua” komandasında işləyib.
54 yaşlı mütəxəssis karyerası ərzində Niderlandın “Vitesse”, İngiltərənin “Hall Siti”, Rusiyanın “Rubin”, MOİK (CSKA) və “Krılya Sovetov” klublarında çalışıb.
“Lokomotiv” Rusiya Premyer Liqasının doqquz turundan sonra 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Moskva təmsilçisi növbəti çempionat matçında “Fakel”lə qarşılaşacaq.


No Comment! Be the first one.